Oğuzda usta iş başında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Oğuz şəhər sakini Əhmədov Ramiz Kazım oğlu H.Əliyev prospektində yerləşən evdə təmir-suvaq işləri görərkən qəfil dünyasını dəyişib.
Onun ürəktutmadan öldüyü bildirilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: qafqazinfo.az