17 il ərzində sağlığında Milli Qəhrəman olan ilk şəxs idi - Video

17 il ərzində sağlığında Milli Qəhrəman olan ilk şəxs idi -

8 Noyabr – 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin 6-cı ildönümüdür.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olanlardan biri də Milli Qəhrəman Şükür Həmidovdur.

2016-cı ilin aprel döyüşlərində, Lələtəpə yüksəkliyinin azad edilməsində xüsusi fərqlənən Şükür Həmidov göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən ilk şəxs olub.

2020-ci il Vətən müharibəsində artıq polkovnik rütbəsində olan Həmidov cənub istiqamətində hərbi əməliyyatları idarə edən komandirlərdən biri idi. O, oktyabrın 22-si doğma Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu. Onun adı Azərbaycan hərb tarixində cəsarətin, sədaqətin və fədakarlığın rəmzi kimi əbədi yaşayacaq.

Şükür Həmidovla bağlı hazırlanmış qısa süjeti təqdim edirik:

Mənbə: qafqazinfo.az