Rusiyada çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki pəncərədən düşmək təhlükəsi ilə üzləşən azyaşlı son anda içəri çəkilərək xilas edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ölüm təhlükəsi ilə üz-üzə qalan uşağın yaşadığı dəhşətli anlar kameraya düşüb.
Pəncərənin təhlükəli hissəsində dayanan uşaq vaxtında içəri çəkilərək təhlükəsiz yerə alınıb. Uşağın müvazinətini itirməsi faciə ilə nəticələnə bilərdi.
Mənbə: bizim.media