Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası həbs edildi

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl həbs olunub.

Bu barədə “The Wahington Post” məlumat yayıb.

82 yaşlı Tomas Markl uşaqların cinsi istismarını əks etdirən materialları saxlamaqda ittiham olunur.

Florida ştatında yenidən hakim qarşısına çıxarılan Marklın ev dustaqlığı zamanı elektron izləmə cihazını çıxardığı müəyyən edilib. Hakim onun yaşayış şəraitinin davam etdirilməsinin mümkün olmadığını əsas gətirərək həbs olunmasına və cəzaçəkmə müəssisəsinə göndərilməsinə qərar verib.

Qeyd edək ki, Tomas Marklın Filippindəki evində uşaqlara qarşı istismar materiallarının aşkar edilməsi ilə bağlı ögey qızının polisə müraciətindən sonra araşdırma başlanıb.

Müəllif: Roza

Mənbə: publika.az