Şəmkirdə avtomobil aşıb, iki nəfər ölüb, bir nəfər yaralanıb

Şəmkirdə avtomobil aşıb, iki nəfər ölüb, bir nəfər yaralanıb

Bakı. Trend:

Şəmkirdə “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə noyabrın 12-də saat 00:16 radələrində baş verib.

Belə ki, sürücülük hüququ olan Abbasov Elgün Aslan oğlunun idarə etdiyi avtomobilin aşması nəticəsində sürücü və sərnişin Abbasov Eşqin Məsim oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Digər sərnişin Səfərov Ruslan Elmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə: az.trend.az