Hava limanında iki təyyarə toqquşub

Hava limanında iki təyyarə toqquşub
Mayami Beynəlxalq Hava Limanında ABŞ-nin UPS aviaşirkətinə məxsus Boeing 767 yük təyyarəsi ilə Copa Airlines aviaşirkətinin sərnişin daşıyan Boeing 737 təyyarəsi yerüstü hərəkət zamanı toqquşub.
AZXEBER.COM CBS News telekanalına istinadən xəbər verir ki, hadisə iki hərəkət zolağının kəsişməsində baş verib.
İlkin məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
Hava limanının kommunikasiya direktoru Qreq Çinin sözlərinə görə, hadisə hava limanının fəaliyyətinə təsir göstərməyib.

Mənbə: azxeber.com