Xaçmazda ağır qəza: Vətən müharibəsi iştirakçısı həlak oldu

Xaçmazda ağır qəza: Vətən müharibəsi iştirakçısı həlak oldu

Xaçmazda 26 yaşlı Vətən müharibəsi iştirakçısı yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Hadisə ötən gecə rayonun Yalama kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 26 yaşlı Asim Muradxanov idarəetməni itirərək nəqliyyat vasitəsini ağaca çırpıb. Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.


Məlumata görə, mərhum Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: bizim.media