Bakıda kişi dostunun evində faciəvi şəkildə öldü

Bakıda kişi dostunun evində faciəvi şəkildə öldü

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəda bir nəfər dəm qazından boğularaq ölüb.

"Bakupost" xəbər verir ki, Cəlilabad rayon sakini, 1968-ci il təvəllüdlü Zakir Əsəd oğlu Kərimovun meyiti dostunun evində, hamam otağında aşkar edilib.

Onun çimərkən dəm qazından boğulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.bakupost.az