Bəşir Süleymanlıya 7 il 6 ay həbs verildi

Bəşir Süleymanlıya 7 il 6 ay həbs verildi

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, B. Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədilə ələ keçirib.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az