Bakıda "Bolt" taksi xidmətindən istifadə edən yaşlı qadının kartından qısa məsafəli səfərə görə 75,90 manat tutulub.
Bu barədə qadının oğlu Ərtoğrul Qafarov məlumat verib.
Onun sözlərinə görə, anası Xətai rayonunda yerləşən Sevgi Parkından "Sahil" metro stansiyasına taksi sifariş edib. Bu səfər üçün onun hesabından 75.90 manat vəsait çıxılıb.
Ərtoğrul Qafarov bildirib ki, məsələ ilə bağlı şirkətin müştəri dəstəyi ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb:
"Göstərilən telefon nömrəsinə zənglərə cavab verilmir. Sifarişləri qəbul edən qısa nömrəyə zəng etdikdə isə heç bir köməklik göstərə bilməyəcəklərini bildirdilər. Üstəlik, şirkətin rəsmi ünvanı kimi göstərilən AGA Plaza-dakı ofis artıq üç ildir ki, fəaliyyət göstərmir! Müştəridən pul tutmaq asandır, bəs problem yarananda məsuliyyəti kim daşıyır?".
Mənbə: www.bakupost.az