Hindistanın şimal-qərbindəki Pəncab əyalətində Bhakra kanalı üzərindəki metal körpü uçub, iki nəfər xəsarət alıb.
Bu barədə "The Times of India" qəzeti yazıb.
Körpü iki yük maşını keçərkən uçub. Onlardan biri alovlanıb. Hər iki nəqliyyat vasitəsinin sürücüləri xilas edilərək yüngül xəsarətlərlə xəstəxanaya aparılıblar.
Yolun zədələnmiş hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Çökmənin dəqiq səbəbi araşdırılır. İlkin məlumatlara görə, konstruksiyaya həddindən artıq yük düşməsi buna səbəb ola bilər.
Mənbə: unikal.az