Ucarda yol qəzası, xəsarət alanlar var - Fotolar

Ucarda yol qəzası, xəsarət alanlar var - Fotolar

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Toyota” markalı minik avtomobili ilə “VAZ 21 06” markalı avtomobil toqquşub. Nəticədə, “Toyota” magistraldan çıxaraq yol kənarına düşüb və yol infrastrukturuna ciddi ziyan dəyib.

Qəza zamanı Ucar rayon sakini 1960-cı il təvəllüdlü Kamran Cəlil oğlu Eyubov, Göyçay rayon sakinləri - 1993-cü il təvəllüdlü Rauf Sakin oğlu Məmmədli və Aynur Sakin qızı Azəri müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Yunis Quliyev





Mənbə: qafqazinfo.az