Almaniyada təxminən 450 məktəbə elektron poçt vasitəsilə bomba hədələri göndərilib.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Frayburq-im-Braysqau şəhər Polis İdarəsindən bildirilib ki, region üzrə 450-dən çox məktəbə elektron poçt vasitəsilə hədə mesajları göndərilib.
Hazırda məktubları göndərən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
“Bild”in məlumatına görə, məktublarda hökumətin istefası və şəriət qanunlarının tətbiqi tələb olunur. Mesajlar “Allahu Əkbər” ifadəsi ilə imzalanıb.
Qeyd edək ki, daha əvvəl Polşanın Krakov şəhərində də bomba hədəsi səbəbindən məktəblərdən biri təxliyə edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, polis Karmelitska küçəsində yerləşən özəl Akademik Tədris Mərkəzində bomba təhlükəsi barədə məlumat alıb. Bundan sonra 300-dən çox insan təcili şəkildə binadan təxliyə olunub.
Müəllif: Valeh
Mənbə: publika.az