13 nəfərin yoxa çıxdığı hadisənin ŞOK TƏFƏRRÜATI - Nazir ağladı - VİDEO

13 nəfərin yoxa çıxdığı hadisənin ŞOK TƏFƏRRÜATI - Nazir ağladı - VİDEO

Türkiyənin Kocaeli şəhərindən Boluya ekskursiyaya gedən 10 qız və onları müşayiət edən 3 əməkdaşın sağ-salamat tapılması böyük sevincə səbəb olub.

Musavat.com xəbər verir ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın uşaqların tapıldığı xəbərini aldığı anlar kameralara düşüb.

Nazir sevindirici xəbəri eşidərkən göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, dünən Kocaelidəki uşaq evində yaşayan 14-17 yaşlı 10 qızın və 3 əməkdaşın iştirakı ilə Bolunun Yedigöllər və Gölcük Təbiət Parkına birgünlük ekskursiya təşkil edilib. Onların olduğu avtomobillə əlaqənin kəsilməsi genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına səbəb olub.

bakan-goktasin-kayip-cocuklari-20470616-7422_1_m.jpg (35 KB)

Hadisə bölgəsinə yollanan nazir Mahinur Özdemir Göktaş uşaqları və əməkdaşları daşıyan avtomobilin Düzce vilayətinin Yığılca rayonunda bataqlığa düşdüyünü açıqlayıb. Nazir avtomobildə olan 13 nəfərin hamısının sağ-salamat olduğunu və səhhətlərinin yaxşı olduğunu bildirib.

Digər tərəfdən, Yedigöllər Milli Parkı ərazisində yolu azaraq itkin düşən və sonradan sağ-salamat tapılan uşaqları daşıyan mikroavtobusun sürücüsü Nazif Ege hadisənin təfərrüatlarını açıqlayıb.

bakan-goktasin-kayip-cocuklari-20470616-5146_1_m.jpg (33 KB)

Sürücü bildirib ki, daha qısa yolla getmək istədiyi üçün həmin istiqaməti seçib, lakin avtomobil palçığa bataraq hərəkətsiz vəziyyətə düşüb:

“Qısa yolla getmək üçün həmin yoldan istifadə etdim. Amma avtomobil palçığa batdı. Hadisə bundan ibarətdir, başqa heç nə baş verməyib. Əvvəllər həmin yoldan istifadə etməmişdim. Sadəcə, Yığılcadan Düzce istiqamətinə bir saat daha tez çata biləcəyimi düşündüm. Başqa bir məqsədim yox idi. Buna görə üzr istəyirəm”.

Mənbə: www.musavat.com