Kiminin həyəti görünür, kiminin isə evinin içi...
Bizim.Media xəbər verir ki, məhəllənin girişində əvvəlcə bir, daha sonra isə bir neçə mərtəbəli binaya çevrilən obyekt Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşir.
Pəncərələri birbaşa prospektə açılan bu yeni tikilinin təyinatının nə olduğu isə nə məhəllə sakinlərinə, nə də yolu bu ərazidən keçənlərə məlumdur.
Ərazidəki digər iaşə obyektlərindən əldə etdiyimiz məlumata görə, yeni tikili Həmid adlı şəxsə məxsusdur. Obyektin, yaxud inşası davam edən tikilinin təyinatı ilə bağlı məlumat almaq üçün həmin şəxslə elə orada çalışanlar vasitəsilə əlaqə saxlamağa çalışdıq.
Soyadını belə açıqlamağa lüzum görmədiyini bildirən həmin şəxs tikilinin özəl mülkiyyət olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sənəd təqdim etmədi.
Tikilinin təyinatı ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirıldi ki, məsələ ilə əlaqədar aidiyyəti şöbədə araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Mənbə: bizim.media