İranda 29 yaşlı qadın müğənni Parastu Əhmədi və onun komandasının dörd üzvü iki il əvvəl hicabsız verdiyi konsertə görə hər biri 74 şallaq zərbəsi ilə cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, 2024-cü ilin dekabrında Qum şəhəri yaxınlığındakı tarixi karvansarada kişi musiqiçilərin müşayiəti ilə hicabsız və çiyinləri açıq geyimdə çıxış edərək konserti internetdə canlı yayımlayan sənətçiyə qarşı hökm noyabrın 23-də icra olunub. Beləliklə, müğənni və onun komandasına ümumilikdə 370 şallaq zərbəsi vurulub.
Məlumata görə, cəzanın icrasından sonra P.Əhmədi və komanda yoldaşlarının harada saxlanıldığı və səhhətlərinin necə olduğu barədə məlumat verilmir.
İran rəsmiləri və hakimiyyətə yaxın mənbələr cəzanın iki il sonra icra edilməsinin arxasında siyasi mesaj dayandığını bildiriblər. İddialara görə, ölkədəki iqtisadi böhran və artan ictimai narazılıq fonunda yeni etiraz aksiyalarından ehtiyatlanan sərt xətt tərəfdarları bu yolla əhaliyə gözdağı verməyə çalışırlar.
Mənbə: bizim.media