Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı - FOTO

Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı -

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta növbəti dəfə yerli medianın gündəminə gəlib.

O, "Instagram" sosial şəbəkəsində ilk dəfə hər üç övladı ilə birlikdə fotosunu paylaşıb.

Yelizaveta Peskova statusunda Analar Günü münasibətilə ailə arxivindən olan fotoları yayımlayıb. Kadrlardan birində o, üç oğlu ilə birlikdə görüntülənib. Kremlin sözçüsünün qızı ən kiçik övladını qucağında saxlayıb, ikinci oğlunun isə əlindən tutaraq poz verib. Onların yanlarında isə Peskovanın üçüncü oğu dayanıb. Yelizaveta uşaqların üzlərini ürək formalı emojilərlə gizlədib.

"Bu il artıq üç oğulu olan ən xoşbəxt anayam", - deyə o, paylaşımına yazıb.

Xatırladaq ki, iyunun 10-da Yelizaveta Peskovanın üçüncü övladının dünyaya gəticəyi barədə xəbərlər yayılmışdı. O, bu barədə "Mneniye redaksi" nəşrinə eksklüziv açıqlamasında bildirmişdi.

Müəllif: Tural

Photo

Mənbə: publika.az