Şəki Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenisabah.az News24-ə istinadla xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
İttihama görə, N. Baxşəliyev rəhbəri olduğu “amia.az” saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirlıəndirilir.
Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub.
Mənbə: yenisabah.az