Avropa Parlamentindəki korrupsiyanın böyük miqyası ortaya çıxıb

Avropa Parlamentindəki korrupsiyanın böyük miqyası ortaya çıxıb

Avropa Parlamentindəki korrupsiya işi ilə bağlı polis araşdırmasından mətbuata sızan sənədlər 2022-ci ildə qurumda baş verən qalmaqalın bütün miqyasını ortaya qoyur.

Sızdırılan materiallara görə, əsas şübhəlilər, o cümlədən Avropa Parlamentinin üzvü keçmiş Pyer Antonio Panzeri və onun köməkçisi Françesko Ciorci AP-nin fəaliyyətini və siyasi debatları manipulyasiya etməyə çalışıblar.

Onlar Qətər, Mərakeş və Mavritaniyadakı potensial müştərilərdən təxminən dörd milyon avro alıblar.

İstintaq Aİ-nin işinə əhəmiyyətli təsir göstərən fəaliyyətləri sənədləşdirib. Xüsusilə, Qətərdə insan haqlarının vəziyyətini pisləyən altı qətnamənin bloklanması və Doha ilə Aİ ölkələri arasında vizasız gediş-gəliş haqqında sazişin bağlanması üzərindəki iş belə fəaliyyətlərdəndir.

Nəşrin yaydığı fayllar arasında Ciorcinin Brüsseldəki mənzilindən tapılan noutbukun elektron cədvəli də var. O, şübhəlilərin külli miqdarda qonorar aldığı 300-dən çox epizoddan ibarətdir.

Sənədlər göstərir ki, korrupsiya uzun illər ərzində çoxlu sayda insanın iştirakı ilə baş verib və gizli qalıb.

Qeyd edək ki, Avropa Parlamenti öz ermənipərəst mövqeyilə tanınır. Nədənsə, son illərdə bu mövqedən çıxış edənlərin çirkin əməllərdə iştirakının üzə çıxması adi hal alıb.

Mənbə: Politico

Mənbə: oxu.az