Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, Heydər Əliyev prospektində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili orta yaşlı kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.
Mənbə: bizim.media