Almaniyada xaos: 10 min nəfərin...

Almaniyada xaos: 10 min nəfərin...

Almaniyada qəfil yağan qar nəticəsində bir çox şəhərlər ağ örtüklə örtülüb. Güclü qar Almaniyada həyatı iflic edərkən, Münhen hava limanında yüzlərlə reys təxirə salınıb və 10 min çamadan sahiblərinə çatdırıla bilməyib.

Təyyarə və qatarların hərəkətində fasilələr olub, bəzi bölgələrdə məktəblər bağlanıb. Ölkənin cənubundakı Bavariya əyalətinin paytaxtı Münhendə qarın qalınlığı 40 santimetrə çatıb və 770 aviareys təxirə salınıb.

Münhen hava limanında buzlaşma səbəbindən çamadanların çatdırılmasında problemlər yaşanmaqda davam edir. Hava yolu şirkəti Lufthanza tərəfindən edilən açıqlamada Münhendə 10 min çamadanın çatdırıla bilmədiyi və bu rəqəmin 15 minə yüksəlməsi gözlənildiyi bildirilib. Sahiblərinə çatdırıla bilməyən çamadanların böyük bir təyyarə anqarında saxlandığı, onların bir hissəsinin isə hələ buzları əriməmiş təyyarələrdə olduğu qeyd olunub.

Ölkənin şimalında yerləşən Hamburq şəhəri də qardan problem yaşayan şəhərlər arasındadır. Güclü qar səbəbindən magistral yollarda nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulub, ictimai nəqliyyatda gecikmələr yaranıb. Qarla örtülmüş Hamburq hava limanı böyük çətinliklərlə artıq təmizlənib

 

Mənbə: publika.az