Bakıda hərbçi vəfat etdi - FOTO

Bakıda hərbçi vəfat etdi - FOTO

Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər 67 nömrəli tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri Oktay Əsgər oğlu Əhmədov qəfil dünyasını dəyişib.

55 yaşlı müəllim 9 dekabr gecə 23:30 radələrində qəflətən vəfat edib.

Qeyd edək ki, O.Əhmədov 1991-2002-ci illərdə Ordu sıralarında xidmət edib.

O, Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Fizuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib.

2002-ci ildə tərxis olunub. 2004-cü ildən 67 saylı tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbər vəzifəsində işləməyə başlayıb.

Turqut Seyidov

Mənbə: publika.az