DTX-nin ən uğurlu əməliyyatlarından biri...

DTX-nin ən uğurlu əməliyyatlarından biri...

2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir.

Bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışında deyib.

Mənbə: axar.az