Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İ. Həsənovaya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: apa.az