Sabiq baş pediatr özünü güllələdi - FOTO

Sabiq baş pediatr özünü güllələdi -

Pediatriya institutunun keçmiş direktoru, tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.

O, yaşadığı mənzildə özünü güllələyib.

Digər təfərrüatlar hələ ki, məlum deyil.

Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub.1965-ci ildə kənd 8 illik məktəbini,1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, 2007-ci ildən Türk Dünyası Pediatriya Birliyinin prezidenti vəzifələrində çalışıb. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisidir. 2000-ci ildən əməkdar elm xadimidir. Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir.

Ailəli idi, 3 övladı var.

Mənbə: publika.az