Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb.

Lent.az-a istinadən xəbər verilir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.

O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz” hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfat etdiyini bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.

Mənbə: azxeber.com