Bakıda motosikletlə “Prius” toqquşdu: Sürücü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda motosikletlə “Prius” toqquşdu: Sürücü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda baş verən qəzanın videosu avtomobildəki kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, “Wolt” şirkətinin kuryeri motosikletlə düzünə hərəkət etdiyi halda qarşısına qaydaları pozaraq “Toyota Prius” markalı avtomobil çıxıb. Motokuryer dayanmağa çalışsa da, qəza qaçılmaz olub.

Hadisə nəticəsində motosiklet sürücüsü xəsarət alıb.

Mənbə: oxu.az