Göygöldə restoran yandı

Göygöldə restoran yandı

Göygöldə restoranlardan birində yanğın hadisəsi qeydə alınıb.

Hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Belə ki, kənd ərazisində fəaliyyət göstərən "Qoşa Çinar" ailəvi istirahət mərkəzində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 110 m² olan, restoran kimi fəaliyyət göstərən birmərtəbəli obyektin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov

Mənbə: bizim.media