Lənkəranda 62 yaşlı kişi özünü bıçaqlayıb

Lənkəranda 62 yaşlı kişi özünü bıçaqlayıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. İ. Səfərov əməliyyata götürülüb.

İlkin məlumata görə, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma gedir.

Mənbə: apa.az