Lənkəranda 2 ay əvvəl qəzada xəsarət alan şəxs ölüb

Lənkəranda 2 ay əvvəl qəzada xəsarət alan şəxs ölüb

Lənkəranda qəzada xəsarət alan şəxs 2 ay sonra bu gün ölüb.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, fevralın 29-da ölümlə nəticələnən yol qəzasıında xəsarət alan Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli bu səhər Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. Ü.Əzizli iki ay idi xəstəxananın reanimasiya şöbəsində komada idi, süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, həmin vaxt, Lənkəran rayon ərazisində baş verən qəzada 1998-ci il təvəllüdlü Azər Babayev ölmüş, 2003-cü il təvəllüdlü Riyad Qurbanov xəsarət almışdı.

Mənbə: apa.az