13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qaldı

13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qaldı

13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.

Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb. A.Babayeva Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və köməyə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ət çəkən maşından çıxarılıb.

Mənbə: www.bakupost.az