Bakıda dava zamanı gənc oğlan bıçaqlandı

Bakıda dava zamanı gənc oğlan bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

NZS qəsəbəsində 2001-ci il təvəllüdlü Zaur Zülfi oğlu Quliyev dava zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: oxu.az