İki sinaqoq təxliyə edildi - Partlayış təhlükəsi

İki sinaqoq təxliyə edildi - Partlayış təhlükəsi

ABŞ-ın Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

Bu barədə polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarına partlayış təhlükəsi barədə məlumat şənbə günü yerli vaxtla saat 15:15 və 16:30 radələrində daxil olub.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Mənbə: publika.az