İnzibati binadan oğurluq edildi - Saxlanılan var

İnzibati binadan oğurluq edildi - Saxlanılan var

Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Publika.az-a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb", - məlumatda qeyd olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Mənbə: publika.az