Rəis müavininin sürücülük hüququ məhdudlaşdırıla bilər

Rəis müavininin sürücülük hüququ məhdudlaşdırıla bilər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin tabeliyində fəaliyyət göstərən Xəzər Dəniz Neft Donanmasının rəis müavini Mahir İsgəndərov barəsində inzibati iş başlanıb.

Mahir İsgəndərova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. İş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Rufan Mürsəlov iş üzrə hakim təyin edilib.

Mahir İsgəndərov 2022-ci ildə "Donanmanın fəxri işçisi" döş nişanı ilə təltif olunub.

Mənbə: www.bakupost.az