Mask: Qeyri-qanuni immiqrasiya ABŞ üçün “fəlakət reseptidir”

Mask: Qeyri-qanuni immiqrasiya ABŞ üçün “fəlakət reseptidir”

Çox sayda yoxlanılmamış miqrantın ABŞ-yə qeyri-qanuni yollarla girməsi ölkə üçün “fəlakət reseptidir”.

APA xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask Los-Ancelesdəki Maykl Milken İnstitutunda keçirilən konfransda çıxış edərkən deyib.

“Mən qanuni immiqrasiyanın sürətləndirilməsinin, həm də cənub sərhədinin təhlükəsizliyini təmin edilməsinin tərəfdarıyam”, - Mask qeyd edib.

Mənbə: apa.az