Sabirabadda qəza olub 2 nəfər xəsarət alıb

Sabirabadda qəza olub 2 nəfər xəsarət alıb

Sabirabadda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza başverib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Xəlifəli kəndində qeydə alınıb.

"Kia Rio" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Sabirabad sakinləri, 1989-cu il təvəllüdlü Həsənov Elvin Kamil oğlu və 1982-ci il təvəllüdlü Tapdıqova Pərvanə Kamil qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır

Mənbə: apa.az