Rusiyanın yeni nazirləri onlardır - Fotolar

Rusiyanın yeni nazirləri onlardır - Fotolar

Rusiya Prezidenti Vladimir Putin yeni nazirləri və Baş nazirin müavinlərini təyin edib.

“Qafqazinfo” xəbər verir ki, fərmanlar hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Nazirlər Kabineti 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklə qəbul edilmiş yeni prosedura əsasən formalaşıb.

Yeni nazirlərin siyahısını təqdim edirik:

Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarev Rusiyanın idman naziri vəzifəsinə təyin edilib.

Sergey Kravtsov ölkənin yeni təhsil naziri seçilib.

Dövlət Duması idarə rəisinin birinci müavini vəzifəsini tutan Oksana Lutu Rusiyanın kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edib.

Olqa Lyubimova federasiyanın mədəniyyət naziri vəzifəsinə təyin olunub.

Kalininqrad vilayətinin qubernatoru Anton Alixanovu sənaye və ticarət naziri vəzifəsinə təsdiq olunub.

Dövlət Duması Kursk vilayətinin qubernatoru Roman Starovoiti Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsinə təsdiq edib.

Anton Siluanov Rusiya Federasiyasının maliyyə naziri seçilib.

Mixail Muraşkon federasiyasın səhiyyə naziri təyin edilib.

Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri vəzifəsinə Maksut Şadayev seçilib.

Duma Anton Kotyakovu əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təsdiq edib.

Maksim Reşetnikov federasiyanın iqtisadi inkişaf naziri vəzifəsinə təyin edilib.

Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev isə energetika naziri vəzifəsinə seçilib.

Duma İrek Fayzullini tikinti və mənzil-kommunal təsərrüfatı naziri vəzifəsinə təsdiq edib.

Aleksandr Kozlov Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri vəzifəsinə təsdiq olunub.

Valeri Falkov Rusiyanın elm və ali təhsil naziri seçilib.

Duma Aleksey Çekunkovu Uzaq Şərq və Arktikanın inkişafı üzrə nazir vəzifəsinə təsdiq edib.

Mənbə: qafqazinfo.az