İrandan helikopter qəzası ilə bağlı ilk RƏSMİ AÇIQLAMA

İrandan helikopter qəzası ilə bağlı ilk

İran rəsmiləri ölkə prezidenti İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib.

Bu barədə İranın vitse-prezidenti Möhsün Mənsuri bildirib.

İran prezidentinin helikopteri mayın 19-da axşam saatlarında ölkənin şimal-qərbində Uzi və Pir Davud kəndləri arasındakı Dizmər meşəsi ərazisində dağlıq əraziyə düşüb.

Axtarış-xilasetmə işləri pis hava şəraitinə baxmayaraq, gecə boyu davam edib.

Mayın 20-də səhər saatlarında xilasedicilər qəza nəticəsində tamamilə yanmış helikopteri aşkar ediblər.

Mənbə: www.bakupost.az