Xəbər verdiyimiz kimi, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edib.
Bunu əks etdirən görüntüləri Anadolu Agentliyi canlı yayımlayıb.
Canlı yayım 6 saatdan çox davam edib.
Qeyd edək ki, “Mehr” agentliyi İran lideri İbrahim Rəisi və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olduğunu yazıb.
Mənbə: qafqazinfo.az