Rusiya MN-in daha bir yüksək rütbəli zabiti saxlanılıb

Rusiya MN-in daha bir yüksək rütbəli zabiti saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin daha bir yüksək rütbəli zabiti saxlanılıb.

APA-nın Moskva müxbiri “İzvestiya”ya istinadən xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin Müdafiə Sifarişlərinin Təchizat Departamentinin rəhbəri Vladimir Verteletskidir.

O, rüşvət almaqda şübhəli bilinir.

Mənbə: apa.az