Bakıda 18, Tərtərdə 32 yaşlı şəxs qətlə yetirildi - Yenilənib

Bakıda 18, Tərtərdə 32 yaşlı şəxs qətlə yetirildi -

Sabunçu rayonunun Balaxanı qəsəbəsində 18 yaşlı İmanov Rəşid Rüstəm oğlu kəsici alətlə qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

***

Tərtər rayonu ərazisində 32 yaşlı Əliyev Abil Mətləb oğlu kəsici alətlə qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.

***

DİN-nin mətbuat xidmətindən verilən xəbərə görə, Bakının Balaxanı qəsəbəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumat görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Mənbə: qafqazinfo.az