Bu gün 17-ci Avropa çempionatına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, açılış oyununda meydan sahibi Almaniya meydana çıxacaq.
A qrupunda yer alan Almaniya millisi Şotlandiyanı sınağa çəkəcək. Münhendəki “Allianz Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı fransalı Kleman Turpen idarə edəcək.
Qeyd edək ki, A qrupunun digər görüşündə sabah saat 17:00-da Macarıstanla İsveçrə komandaları üz-üzə gələcək.
AÇ-2024
A qrupu, I tur
14 iyun
23:00. Almaniya - Şotlandiya
Baş hakim: Kleman Turpen (Fransa).
***
Matç başladı.
***
Almaniya hesabı açdı. Florisan Virtz 11-ci dəqiqədə fərqləndi.
***
Camal Musiala, 19-cu dəqiqədə hesabı 2:0 edir.
***
3-0. Key Havertz fərqləndi.
***
Şotlandiya azlıqda qaldı. Rayan Portes qırmızı vərəqə aldı.
***
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
Fülkruq hesabı 4:0 edir. O, 68-ci dəqiqədə fərqlənir
***
4:1- Şotlandiya hesab arasındakı fərqi azaldır. Rüdiger avtoqol müəllifi olur
***
5:1 - Emre Can 90+3-cü dəqiqədə fərqlənir
***
Matç bitdi. Almaniya rəqibi üzərində 5:1 hesablı qələbə qazandı.
Mənbə: qafqazinfo.az