Gümrünün sabiq meri istintaqa çağırılıb, o 20-dən çox mülkü ələ keçirməkdə təqsirləndirilir

Gümrünün sabiq meri istintaqa çağırılıb, o 20-dən çox mülkü ələ keçirməkdə təqsirləndirilir

Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan ailə üzvləri ilə birlikdə Qanunsuz Əmlakın Müsadirəsi üzrə İdarəyə çağırılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, o 20-dən çox daşınmaz əmlakı qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilir.

Mənbə: apa.az