Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

APA-nın yerli mətbuata istinadən xəbərinə verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb:

“Rusiyada tətbiq olunan əlavə təhlükəsizlik tədbirləri və sərhədi keçmək istəyən xarici ölkə vətəndaşlarına qarşı gücləndirilmiş nəzarət-yoxlama tədbirləri ilə əlaqədar Qırğızıstan vətəndaşlarını ciddi səbəb olmadan Rusiya ərazisinə səfərlərdən çəkinməyə çağırırıq” – Qırğızıstan XİN-in məlumatında deyilir.

Mənbə: apa.az