İmişli rayonunda minik avtomobilinin ağaca çırpılması ilə nəticələnən yol qəzası olub.
Hadisə saat 17 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Əmrah Quliyevin sükan arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Xəsarət alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona təcili təxirəsalınmaz tibbi yardım göstərilərək stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: unikal.az