İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışdan sonra Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.
APA-nın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb.
Qeyd edək ki, son məlumata əsasən, İranda limanda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1139 nəfər yaralanıb.
Mənbə: apa.az