Papa sadə taxta tabutda dəfn edildi

Papa sadə taxta tabutda dəfn edildi

Papa Fransisk Romadakı “Santa Mariya Maggiore” bazilikasında sadə taxta tabutda dəfn edilib. Bu, onun öz vəsiyyəti olub.

Bu barədə “Sun” nəşri məlumat yayıb.

“Onun tabutunu təcrid olunmuş icmaların üzvləri, o cümlədən miqrantlar və məhbuslar aparıblar ki, bu da onun ən çox ehtiyacı olanlara xidmətə sadiqliyini əks etdirir”, - nəşr bildirib.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Mənbə: axar.az