Gəncədə 23 yaşlı oğlan bıçaqlandı

Gəncədə 23 yaşlı oğlan bıçaqlandı

Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin kim tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.

Mənbə: axar.az