Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müəllimi Ahmet Karamanın dəfn mərasiminə qatılıb.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Karaman Ərdoğanın İstanbul İmam Hatip Liseyində ərəb dili müəllimi olub.
“Bu gün vəfatını kədərlə qarşıladığımız dəyərli pedaqoqumuz Karamanla vidalaşırıq. Müəllimimizə Allahdan rəhmət diləyir, dəyərli ailəsinə, tələbələrinə və İmam Hatip camaatına başsağlığı verirəm”, – deyə ölkə başçısı sosial media hesabında yazıb.
Əliyar Xəlil
Mənbə: globalinfo.az